9
On İki şagirdə verilən vəzifə
(Mat. 10:1-15; Mark 6:7-13)
1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. 2 Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar. 3 * Luka 10:4-11İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün. 4 Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın. 5 * Həv. 13:51Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». 6 Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar.
Yəhyanın edamı
(Mat. 14:1-2; Mark 6:14-16)
7 * Mat. 16:14; Mark 8:28; Luka 9:19Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib», 8 digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi. 9 Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı.
İsa beş min nəfəri doydurur
(Mat. 14:13-21; Mark 6:30-44; Yəh. 6:1-14)
10 Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı. 11 Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı.
12 Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik». 13 Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?» 14 Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». 15 Şagirdlər də eləcə edib hamını oturtdular. 16 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar. 17 Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı.
Peterin Məsihi tanıması
(Mat. 16:13-20; Mark 8:27-30)
18 Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?» 19 * Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib». 20 * Yəh. 6:68-69İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən». 21 İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.
İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir
(Mat. 16:21-28; Mark 8:31–9:1)
22 O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».
23 * Mat. 10:38; Luka 14:27Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün* Hər gün – bəzi əlyazmalarda bu sözlər yoxdur. çarmıxını götürüb ardımca gəlsin. 24 * Mat. 10:39; Luka 17:33; Yəh. 12:25Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. 25 İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var? 26 Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. 27 Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».
İsanın görünüşü dəyişir
(Mat. 17:1-8; Mark 9:2-8)
28 * 2Pet. 1:17-18Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. 29 İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. 30 O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. 31 Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. 32 Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. 33 Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. 34 Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. 35 * Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11; 14:13-15Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir,† Oğlumdur, seçilmişimdir – bəzi əlyazmalarda sevimli Oğlumdur (Mark 9:7). Ona qulaq asın!» 36 Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.
Oğlandan cin çıxarılır
(Mat. 17:14-21; Mark 9:14-29)
37 Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı. 38 Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır. 39 Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir. 40 Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 41 İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 42 Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. 43 Hamı Allahın əzəmətinə təəccüblənirdi.
İsa öləcəyi barədə yenə xəbər verir
(Mat. 17:22-23; Mark 9:30-32)
Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi: 44 «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir». 45 Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.
Ən böyük kimdir?
(Mat. 18:1-5; Mark 9:33-40)
46 Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar. 47 Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu. 48 Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür».
49 Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq». 50 Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir».
Samariyalılar İsanı qəbul etmirlər
51 Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. 52 İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. 53 Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. 54 Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb,‡ Rəbb – bəzi əlyazmalarda Rəbb, İlyas etdiyi kimi bizim də. bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?» 55 Amma İsa dönüb onlara qadağan etdi.§ Qadağan etdi – bəzi əlyazmalarda qadağan edərək dedi: «Siz hansı ruha malik olduğunuzu bilmirsiniz. 56 Çünki Bəşər Oğlu insanları məhv etmək üçün deyil, onları xilas etmək üçün gəlib». 56 Sonra onlar başqa bir kəndə yollandılar.
İsanın şagirdi olmaq nə deməkdir
(Mat. 8:19-22)
57 Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 58 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
59 Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 60 İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et».
61 Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım». 62 Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».
*9:7 Mat. 16:14; Mark 8:28; Luka 9:19
*9:19 Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8
*9:23 Hər gün – bəzi əlyazmalarda bu sözlər yoxdur.
*9:24 Mat. 10:39; Luka 17:33; Yəh. 12:25
*9:35 Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11; 14:13-15
†9:35 Oğlumdur, seçilmişimdir – bəzi əlyazmalarda sevimli Oğlumdur (Mark 9:7).
‡9:54 Rəbb – bəzi əlyazmalarda Rəbb, İlyas etdiyi kimi bizim də.
§9:55 Qadağan etdi – bəzi əlyazmalarda qadağan edərək dedi: «Siz hansı ruha malik olduğunuzu bilmirsiniz. 56 Çünki Bəşər Oğlu insanları məhv etmək üçün deyil, onları xilas etmək üçün gəlib».