5
Möhürlü tumar və Quzu
* Yeş. 29:11; Yez. 2:9-10Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi. Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?» Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. * Yar. 49:9; Yeş. 11:1,10Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir».
* Yeş. 53:7; Zək. 4:10Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur. Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü. * Zəb. 141:2O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. * Çıx. 19:6; Zəb. 33:3; 98:1; Yeş. 42:10; Vəhy 1:6Onlar yeni bir nəğmə oxuyaraq deyirdi:
«Sən tumarı götürüb
Onun möhürlərini qırmağa layiqsən.
Çünki Sən kəsildin
Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları* Olanları – bəzi əlyazmalarda olan bizi.
Allah üçün Öz qanın bahasına satın aldın.
10 Onları Allahımızla birgə
Padşahlığa və kahinliyə şərik etdin;
Onlar da yer üzünə padşahlıq edəcək».
11  * Dan. 7:10Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. 12 Onlar uca səslə deyirdi:
«Kəsilmiş Quzu
Qüdrəti, sərvəti, hikməti, qüvvəti,
Şərəfi, izzəti və alqışı
Almağa layiqdir».
13 Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim:
«Taxtda Oturana və Quzuya əbədi olaraq
Alqış, şərəf, izzət və qüdrət olsun!»
14 Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.

*5:1 Yeş. 29:11; Yez. 2:9-10

*5:5 Yar. 49:9; Yeş. 11:1,10

*5:6 Yeş. 53:7; Zək. 4:10

*5:8 Zəb. 141:2

*5:9 Çıx. 19:6; Zəb. 33:3; 98:1; Yeş. 42:10; Vəhy 1:6

*5:9 Olanları – bəzi əlyazmalarda olan bizi.

*5:11 Dan. 7:10