NEHEMYA
KİTABI
GİRİŞ
«Nehemya» Kitabı «Salnamələr»«Ezra» Kitabları ilə sıx əlaqədədir. Kitabda yəhudilərin üçüncü hissəsinin sürgündən Yerusəlim şəhərinə qayıtmasından bəhs olunur. Kitabın baş qəhrəmanı olan Nehemya Fars padşahının sarayında yüksək vəzifə sahibi, həm də Allaha səmimi qəlblə bağlı bir şəxs idi. Nehemyanın qiymətli keyfiyyətlərindən biri də vaxtaşırı Allaha dua etməsi idi. O, çox fəal adam olduğuna görə sürgündən qayıdan həmvətənlərini ruhlandırıb onların ruhani həyatlarına istiqamət verirdi. Allah da vədlərinə sadiq qalıb Öz xalqına kömək edirdi.
Kitabın məzmunu:
1:1–2:20 Yerusəlimə səyahət
3:1–6:19 Divarın tikilməsi
7:1-73 Siyahıyaalma
8:1–11:36 Xalqın ruhani oyanması
12:1-26 Kahinlərin və Levililərin siyahıya alınması
12:27-43 Divarın təqdis edilməsi
12:44-47 Məbəddə ibadətin bərpa olunması
13:1-31 Nehemyanın qayda-qanunu bərpa etməsi
1
Nehemyanın Yerusəlim üçün qayğısı
Xakalya oğlu Nehemyanın sözləri:
Mən iyirminci ildə * Fars padşahı Artaxşastanın hakimiyyətinin iyirminci ili nəzərdə tutulur. Kislev ayında Şuşan qalasında olarkən qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum. Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır». Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:
Nehemyanın duası
«Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah! Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik. Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik. * Lev. 26:33 Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm. * Qanun. 30:4 Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla. 10 Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın. 11 Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın».
Mən o vaxt padşahın saqisi idim.

*1:1 Fars padşahı Artaxşastanın hakimiyyətinin iyirminci ili nəzərdə tutulur.

*1:8 Lev. 26:33

*1:9 Qanun. 30:4