2
İsa suyu şəraba döndərir
1 Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2 İsa ilə şagirdləri də toya çağırılmışdı. 3 Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4 İsa dedi: «Ay ana, Məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5 Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».
6 Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü* İki-üç ölçü – hərfi tərcümədə iki-üç metrit, təqribən 80-120 litr. su tuta bilən altı daş küp var idi. 7 İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8 O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9 Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10 «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».
11 İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 * Mat. 4:13Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
İsa satıcıları məbəddən qovur
(Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46)
13 * Çıx. 12:1-27Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14 Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15 İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16 göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17 * Zəb. 69:9Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.
18 Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19 * Mat. 26:61; 27:40; Mark 14:58; 15:29İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20 Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21 Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22 İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar.
23 İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24 Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25 Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.
*2:6 İki-üç ölçü – hərfi tərcümədə iki-üç metrit, təqribən 80-120 litr.
*2:19 Mat. 26:61; 27:40; Mark 14:58; 15:29