63
Rəbbin qüdrəti
* Yeş. 34:5-17; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14; Mal. 1:2-5 Edomdan, Bosradan al geyimlər geyib
Bu gələn kimdir?
Təmtəraqlı libas içində,
Böyük qüdrətlə gələn kimdir?
«O Mənəm, həqiqətlə danışan,
Qurtarmağa qadir olan».
 
Nə üçün geyimlərin qırmızıdır,
Nə üçün libasın al rəngdədir,
Sanki sən üzümsıxanda üzüm sıxırdın?
* Vəhy 14:20; 19:15 * Vəhy 19:13 «Üzümsıxanda üzümü tək sıxdım,
Yanımda xalqlardan heç kim olmadı.
Qəzəb içində onları tapdaladım,
Qeyzlə təpiyimin altına saldım.
Qanları geyimlərimə sıçradı,
Bütün libaslarımı bulaşdırdım.
Çünki qisas günü qəlbimdə idi,
Xalqımı satın aldığım il gəldi.
* Yeş. 59:16 Mən baxdım, kömək edən bir kəs yox idi,
Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım,
Onda qolum mənə zəfər gətirdi,
Qeyzim mənə dayaq oldu.
Qəzəb içində xalqları tapdaladım,
Qeyzimi onlara içirtdim,
Qanlarını yerə axıtdım».
Rəbbin xeyirxahlığı
Rəbbin lütfkar işlərindən,
Həmdlərə layiq əməllərindən nəql edəcəyəm.
Böyük mərhəməti və məhəbbəti naminə,
İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə,
Rəbbin bizə etdiyi bütün işlərinə görə
Onu xatırlayacağam.
Rəbb dedi:
«Əlbəttə, onlar Mənim xalqımdır,
Məni aldatmayan övladlarımdır».
Beləcə onlara Qurtarıcı oldu.
Onlar əziyyət çəkdikdə
O da əziyyət çəkdi.
Hüzurundan gələn mələk onları xilas etdi.
Məhəbbəti və mərhəməti ilə
Onları satın aldı.
Bütün keçmiş günlərdə onları götürüb apardı.
 
10  * Həv. 7:51; Ef. 4:30 Lakin İsrail üsyankar olaraq
Onun Müqəddəs Ruhunu kədərləndirdi.
Rəbb də düşməni olub
Onlara qarşı döyüşdü.
11  * Çıx. 14:21 Sonra xalq keçmiş günləri –
Rəbbin qulu Musanın dövrünü yada saldı.
Onları sürüsünün çobanları ilə birgə
Dənizdən keçirən haradadır?
Onların daxilinə
Müqəddəs Ruhunu ehsan edən,
12 Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub,
Özünə əbədi ad qazandırmaq üçün
Suları qarşılarında yaran Rəbb haradadır?
13 Bir at çöldə yıxılmadan çapan kimi
Onları da dərinliklərdən elə keçirən Rəbb haradadır?
14 Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki,
Elə bil naxır otu bol olan dərədə otarılır.
Bəli, Sən adını şərəfləndirmək naminə
Xalqına belə yol göstərdin.
Rəhm və imdad haqqında yalvarış
15 Ya Rəbb, göylərdən bax,
Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal!
Haradadır Sənin qeyrətin, gücün?
Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.
16 Sənsən Atamız.
İbrahim bizi tanımasa da,
İsrail bizim kim olduğumuzu bilməsə də,
Atamız Sənsən, ya Rəbb,
Əzəldən bəri adın «Bizi Satınalan»dır.
17 Nə üçün, ya Rəbb,
Bizi yolundan azdırırsan,
Səndən qorxmayaq deyə
Qəlblərimizi inadkar edirsən?
Qullarının xatirinə,
İrsin olan qəbilələrinin xatirinə geri dön.
18 Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu.
İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.
19 Əzəldən bəri heç vaxt
Hakimlik etmədiyin xalqa bənzədik,
Sanki Sənin adına bağlı xalq olmamışıq.

*63:1 Yeş. 34:5-17; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14; Mal. 1:2-5

*63:3 Vəhy 14:20; 19:15

*63:3 Vəhy 19:13

*63:5 Yeş. 59:16

*63:10 Həv. 7:51; Ef. 4:30

*63:11 Çıx. 14:21