6
Yeşayanın görüntüsü
* 2Pad. 15:7; 2Saln. 26:23 Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar * Seraf – bir mələk növü. dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. * Vəhy 4:8 Biri o birini səsləyib deyirdi:
«Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!
Bütün yer üzü Onun əzəməti ilə doludur».
* Vəhy 15:8 Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. Mən dedim:
«Vay halıma, həlak oldum!
Çünki ağzı murdar bir adamam,
Həm də murdar ağızlı adamlar arasında yaşayıram.
Buna baxmayaraq, qarşımda Padşahı –
Ordular Rəbbini gözlərimlə gördüm».
Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. O, kömürlə dodaqlarıma toxunaraq dedi:
«Budur, bu kömür dodaqlarına dəydi,
Pisliyin silindi, günahın bağışlandı».
Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər». * Mat. 13:14-15; Mark 4:12; Luka 8:10; Yəh. 12:39-40; Həv. 8:26-27 O dedi: «Get bu xalqa bunu çatdır:
“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
10 Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki,
Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönüb şəfa tapmasınlar”».
11 «Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi:
«Şəhərlər xarabalıqlara dönüb kimsəsiz,
Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək.
12 Rəbb adamları çox uzaqlara sürgün edəcək,
Ölkənin çox yerləri viran qalacaq.
13 Xalqın onda biri qalsa belə,
Ölkə yenə dağılacaq;
Lakin kəsiləndə kötüyü qalan
Yabanı püstə və palıd ağacı kimi
Müqəddəs nəsil onun kötüyüdür».

*6:1 2Pad. 15:7; 2Saln. 26:23

*6:2 Seraf – bir mələk növü.

*6:3 Vəhy 4:8

*6:4 Vəhy 15:8

*6:9 Mat. 13:14-15; Mark 4:12; Luka 8:10; Yəh. 12:39-40; Həv. 8:26-27