8
İsrailin bütpərəstliyi
Şeypur çalmağa hazırlaş!
Rəbbin evinin üzərinə
Düşmən qartal kimi hücum çəkir.
Çünki İsraillilər Mənim əhdimi pozdu,
Mənim qanunuma qarşı çıxdı.
Onlar Mənə fəryad edib deyəcək:
“Allahım, biz İsraillilər Səni tanıyırıq”.
İsrail yaxşılığı rədd etdi,
Düşmən onu təqib edəcək.
Məndən soruşmadan
Özlərinə padşah qoydular.
Məndən xəbər almadan
Başçılar seçdilər.
Özlərinə qızıl və gümüşlərindən
Ölümlərinə yol açan
Bütlər düzəltdilər.
Ey Samariya, dana bütün rədd edildi!
Mənim qəzəbim onlara qarşı alovlandı.
Nə vaxta qədər onlar pak olmayacaq?
Çünki bu büt İsrailin işidir,
Usta onu düzəldib,
Ona görə də Allah deyil.
Samariyadakı dana bütü
Xıncım-xıncım olacaq.
 
Onlar külək qaldırdı,
Qasırğa alacaqlar.
Sünbül bitirməyən buğda un verməz,
Versə də, yadlar onu udacaq.
İsrail udulmuşdur,
İndi onlar millətlər arasında
Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.
Onlar tənha gəzən vəhşi eşşək kimi
Aşşur tərəfə getdi.
Efrayim muzdla özünə oynaşlar tutdu.
10 Onlar millətlər arasında muzdla oynaş tutsalar da,
Mən indi onları bir yerə toplayacağam.
Onlar qüdrətli padşahın zülmündən
Azalmağa başlayacaq.
11 Efrayim günah təqdimi üçün
Çoxlu qurbangah tiksə də,
Bunlar onu günaha batıran qurbangahlar oldu.
12 Mən onlar üçün çoxlu qanun yazdım,
Onlarsa bunları yad bir şey hesab etdi.
13  * Yer. 14:10 Mənə kəsilən qurbanlara gəlincə,
Əti Mənə qurban gətirib
Özləri yeyir.
Rəbb onlardan razı deyil.
İndi onların qəbahətlərini yada salacaq,
Günahlarına görə onları cəzalandıracaq.
Onlar Misirə qayıdacaq.
14 İsrail də Yaradanını unutdu,
Özünə saraylar qurdu.
Yəhuda da çoxlu qalalı şəhər tikdi,
Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm,
Qalalarını alov yeyəcək.

*8:13 Yer. 14:10