16
Baaşaya qarşı Xanani oğlu Yehuya Rəbbin bu sözü nazil oldu: «Səni torpaqdan yüksəldib xalqım İsrail üzərində hökmran etdim, sən isə Yarovamın yolu ilə gedib xalqım İsrailə günah etdirərək Məni qəzəbləndirdin. Buna görə də Baaşanı və onun nəslini Nevat oğlu Yarovamın nəsli kimi yandırıb məhv edəcəyəm. Baaşadan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək».
Baaşanın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. Baaşa ataları ilə uyudu və Tirsada basdırıldı. Onun yerinə oğlu Ela padşah oldu.
Baaşa Rəbbin gözündə pis olan işlər edərək Yarovamın nəsli kimi əməlləri ilə Rəbbi qəzəbləndirdi. O, Yarovamın nəslini də qırdı. Buna görə də peyğəmbər Xanani oğlu Yehu vasitəsilə onun özünə və nəslinə qarşı Rəbbin sözü nazil oldu.
İsrail padşahı Ela
Yəhuda padşahı Asanın padşahlığının iyirmi altıncı ilində Baaşa oğlu Ela İsrail üzərində padşah oldu və Tirsada iki il padşahlıq etdi.
Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən 10 Zimri içəri girdi, onu vurub öldürdü və onun yerinə padşah oldu. Bu hadisə Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində oldu. 11 O, padşah olub taxtda oturan kimi Baaşanın bütün nəslini qırdı, istər onun qohumlarından, istərsə də dostlarından divar isladan heç kəsi – bir kişini də sağ buraxmadı. 12 Peyğəmbər Yehu vasitəsilə Baaşaya qarşı Rəbbin söylədiyi sözə görə Zimri Baaşanın bütün nəslini məhv etdi. 13 Çünki Baaşa və oğlu Ela öz bütləri ilə etdikləri və İsrailə etdirdikləri bütün günahlara görə İsrailin Allahı Rəbbi qəzəbləndirmişdilər.
14 Elanın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
İsrail padşahı Zimri
15 Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində Zimri Tirsada yeddi gün padşahlıq etdi. O vaxt xalq Filiştlilərə məxsus olan Gibbetona qarşı qurulmuş ordugahda qalırdı. 16 Zimrinin padşaha qəsd hazırladığını və onu öldürdüyünü ordugahda olan xalq eşitdi. O gün bütün İsraillilər ordu başçısı Omrini ordugahda İsrail üzərində padşah etdilər. 17 Omri bütün İsraillilərlə birgə Gibbetondan gəlib Tirsanı mühasirəyə aldı. 18 Zimri şəhərin alınacağını görəndə padşah sarayının qalasına girdi və padşah sarayını odladı, özü də həlak oldu. 19 Ona görə ki günah edərək Rəbbin gözündə pis olan işlər etmişdi: Yarovamın yolu və günahı ilə gedib İsrailə günah etdirmişdi. 20 Zimrinin qalan işləri və onun hazırladığı qəsd barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
21 O vaxt İsrail xalqı iki hissəyə bölündü: xalqın yarısı Ginat oğlu Tivnini padşah etmək üçün onun dalınca, yarısı isə Omrinin dalınca getdi. 22 Omrinin dalınca gedən xalq Ginat oğlu Tivninin dalınca gedən xalqa üstün gəldi. Beləliklə, Tivni öldü və Omri padşah oldu.
İsrail padşahı Omri
23 Yəhuda padşahı Asanın padşahlığının otuz birinci ilində Omri İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. Tirsada altı il padşahlıq etdi. 24 O, Samariya dağını Samardan iki talant gümüşə satın aldı və dağın üstündə şəhər tikib, adını dağın sahibi Samarın adına görə Samariya qoydu. 25 Omri Rəbbin gözündə pis olan işlər etdi və özündən əvvəl olanların hamısından çox pislik etdi. 26 O, Nevat oğlu Yarovamın yolu və onun İsrailə etdirdiyi günahlarla gedib İsrailin Allahı Rəbbi öz bütləri ilə qəzəbləndirdi.
27 Omrinin etdiyi qalan işlər və göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 28 Omri ataları ilə uyudu və Samariyada basdırıldı. Onun yerinə oğlu Axav padşah oldu.
İsrail padşahı Axav
29 Yəhuda padşahı Asanın padşahlığının otuz səkkizinci ilində Omri oğlu Axav İsrail üzərində padşah oldu. O, Samariyada iyirmi iki il padşahlıq etdi. 30 Omri oğlu Axav özündən əvvəl olanların hamısından çox Rəbbin gözündə pis olan işlər etdi. 31 Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi. 32 O, Samariyada tikdiyi Baal məbədində Baal üçün qurbangah qurdu. 33 Aşera bütü də düzəltdi. Axav özündən əvvəl olan bütün İsrail padşahlarından çox pislik edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.
34  * Yeşua 6:26 Onun dövründə Bet-Elli Xiel Yerixonu tikdi. Nun oğlu Yeşua vasitəsilə Rəbbin söylədiyi sözə görə o, ilk oğlu Aviramın həyatı bahasına şəhərin bünövrəsini tikdi və kiçik oğlu Sequvun həyatı bahasına qapılarını qoydu.

*16:34 Yeşua 6:26