23
Vay halınıza!
(Luka 11:39-51)
Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. * Mark 12:38-39; Luka 20:46Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını* Dua qutucuqları – bu qutucuğa Tövratdan götürülən bəzi ayələr qoyulur. Yəhudilər dua edən zaman onu ya alına, ya da qola bağlayırlar. genişləndirib geyimlərinin qotazlarını Qotaz – Rəbbin əmrlərini xatırlamaq üçün geyimlərin dörd tərəfinə taxılır. Bax: Say. 15:38-40; Qanun. 22:12. uzadarlar. Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” Rabbi – yəni Müəllim. deyə xitab etməsini sevərlər.
Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var.§ Var – bəzi əlyazmalarda var, O da Məsihdir. Siz hamınızsa qardaşsınız. Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. 10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. 11  * Mat. 20:25-27; Mark 9:35; 10:43-44; Luka 22:25-26Aranızda ən böyük olan xidmətçiniz olsun. 12  * Luka 14:11; 18:14Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
13 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız. 14  ** İkiüzlülər! …buraxırsınız – bəzi əlyazmalarda ikiüzlülər! Çünki siz dul qadınların evlərini yeyib-dağıdar və özlərinizi göstərmək üçün uzun-uzadı dua edərsiniz. Bunun üçün sizin cəzanız daha ağır olacaq. 14 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız (Mark 12:40; Luka 20:47), bəzilərində isə 13-cü ayə ilə 14-cü ayənin yeri dəyişikdir.
15 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz.
16 Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. 17 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi? 18 Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. 19 Ey korlar!†† Korlar – bəzi əlyazmalarda ağılsızlar və korlar. Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı? 20 Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir. 21 Məbədə and içən kəs ona və içində Yaşayana and içir. 22  * Yeş. 66:1; Mat. 5:34-35Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.
23  * Lev. 27:30Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. 24 Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz!
25 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. 26 Sən, ey kor farisey! Əvvəlcə kasanın‡‡ Kasanın – bəzi əlyazmalarda kasanın və boşqabın. daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!
27  * Həv. 23:3Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. 28 Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz.
29 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. 30 “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz. 31 Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. 32 Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! 33  * Mat. 3:7; 12:34; Luka 3:7Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?
34 Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; 35  * Yar. 4:8; 2Saln. 24:20-21belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. 36 Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.
Yerusəlimin aqibəti
(Luka 13:34-35)
37 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 38  * Yer. 12:7; 22:5; 26:6Baxın, eviniz viran qalır. 39  * Zəb. 118:26Çünki Mən sizə bunu deyirəm:
“Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».

*23:5 Mark 12:38-39; Luka 20:46

*23:5 Dua qutucuqları – bu qutucuğa Tövratdan götürülən bəzi ayələr qoyulur. Yəhudilər dua edən zaman onu ya alına, ya da qola bağlayırlar.

23:5 Qotaz – Rəbbin əmrlərini xatırlamaq üçün geyimlərin dörd tərəfinə taxılır. Bax: Say. 15:38-40; Qanun. 22:12.

23:7 Rabbi – yəni Müəllim.

§23:8 Var – bəzi əlyazmalarda var, O da Məsihdir.

*23:11 Mat. 20:25-27; Mark 9:35; 10:43-44; Luka 22:25-26

*23:12 Luka 14:11; 18:14

**23:14 İkiüzlülər! …buraxırsınız – bəzi əlyazmalarda ikiüzlülər! Çünki siz dul qadınların evlərini yeyib-dağıdar və özlərinizi göstərmək üçün uzun-uzadı dua edərsiniz. Bunun üçün sizin cəzanız daha ağır olacaq. 14 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız (Mark 12:40; Luka 20:47), bəzilərində isə 13-cü ayə ilə 14-cü ayənin yeri dəyişikdir.

††23:19 Korlar – bəzi əlyazmalarda ağılsızlar və korlar.

*23:22 Yeş. 66:1; Mat. 5:34-35

*23:23 Lev. 27:30

‡‡23:26 Kasanın – bəzi əlyazmalarda kasanın və boşqabın.

*23:27 Həv. 23:3

*23:33 Mat. 3:7; 12:34; Luka 3:7

*23:35 Yar. 4:8; 2Saln. 24:20-21

*23:38 Yer. 12:7; 22:5; 26:6

*23:39 Zəb. 118:26