4
Rəbbin qanunlarına itaət
İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız. * Vəhy 22:18-19 Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. * Say. 25:1-9 Rəbbin Baal-Peorda nələr etdiyini öz gözünüzlə gördünüz. Allahınız Rəbb Peordakı Baala səcdə edənlərin hamısını aranızdan yox etdi. Siz isə Allahınız Rəbbə sadiq olduğunuz üçün bu gün sağsınız.
Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?
Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin. 10 Xorevdə Allahınız Rəbbin önündə dayandığınız günü xatırlayın. O zaman Rəbb mənə dedi: “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm. Belə ki yer üzərində yaşadıqları müddətdə yalnız Məndən qorxmağı öyrənsinlər və övladlarına öyrətsinlər”. 11  * Çıx. 19:16-18; İbr. 12:18-19 Siz də yaxınlaşıb dağın ətəyində dayandınız. Dağ yanır, alovu göyün dərinliklərinə çatırdı. Hər yan isə qara bulud və qatı zülmət içində idi. 12 Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi. 13  * Çıx. 31:18 O sizə əhdini, yəni əməl etmənizi buyurduğu On Əmri elan etdi. Bunları iki daş lövhə üzərinə yazdı. 14  * Çıx. 21:1 Elə o vaxt Rəbb mənə mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əməl edəcəyiniz qayda və hökmləri öyrətmək tapşırığını verdi.
Bütpərəstlikdən çəkinmə yolları
15 Rəbb Xorevdə alovun içərisindən sizinlə danışan gün heç bir surət görmədiniz. Buna görə çox diqqətli olun ki, 16  * Çıx. 20:4; Lev. 26:1; Qanun. 5:8; 27:15 * Rom. 1:23 yoldan azıb özünüz üçün kişi və yaxud qadınabənzər, 17 yerdə olan hər hansı bir heyvanabənzər, göydə uçan hər hansı bir qanadlı quşabənzər, 18 torpaqda sürünən hər hansı bir məxluqabənzər, yerin dərinliklərində yığılan suda yaşayan hər hansı bir balığabənzər, hər hansı bir cisməbənzər oyma büt yaratmayasınız. 19 Gözlərinizi göyə qaldıraraq günəşi, ayı, ulduzları və bütün səma cisimlərini görəndə azmayın. Allahınız Rəbbin bütün səma altındakı xalqlara verdiyi bu şeylərlə aldanıb onlara səcdə edərək sitayiş etməyin. 20  * Çıx. 19:5; Qanun. 7:6; 14:2; 26:18; Titə 2:14; 1Pet. 2:9 Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız.
21  * Say. 20:12 Sizin ucbatınızdan Allahınız Rəbb mənə qəzəbləndi və and etdi ki, mən İordan çayını keçib irs olaraq sizə verdiyi o gözəl torpağa daxil olmayım. 22 İordan çayını keçə bilməyib bu torpaqda öləcəyəm. Siz isə o gözəl torpağa keçəcək və oranı mülk olaraq alacaqsınız. 23 Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız. Allahınız Rəbbin qadağan etdiyi hər hansı bir şeyə bənzər oyma büt yaratmayın. 24  * Qanun. 9:3; İbr. 12:29 Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır.
25 Siz ölkədə yaşayıb övladlarınız, nəvələriniz doğulandan sonra oyma büt yaradaraq yoldan azsanız, Allahınız Rəbbin gözündə pis olanı edib Onu acıqlandırsanız, 26 sizin qarşınızda bu gün göyləri və yeri şahid tuturam ki, mülk olaraq almaq üçün İordan çayını keçib getdiyiniz torpaq üzərindən tezliklə yox olacaqsınız. O torpaqda uzun ömür sürməyəcəksiniz, tamamilə məhv olacaqsınız. 27  * Lev. 26:33; Qanun. 28:64 Rəbb sizi xalqlar arasına səpələyəcək və apardığı yerdə millətlər arasında sizdən az miqdarda adam sağ qalacaq. 28 Orada isə siz insanın əl işi olan – görməyən, eşitməyən, yeməyən, iy bilməyən ağacdan və ya daşdan olan allahlara qulluq edəcəksiniz. 29  * Yer. 29:13 Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız. 30 Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız. 31 Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz.
32 İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? 33 Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? 34 Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüdrətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? 35  * Mark 12:32 Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur. 36 Sizi tərbiyə etmək üçün göylərdən səsini sizə eşitdirdi. Öz böyük alovunu yer üzərində sizə göstərdi və alovun içərisindən Onun sözlərini eşitdiniz. 37 Atalarınızı sevdiyindən onlardan sonra övladlarını seçdi. Sizi böyük qüdrəti ilə Misirdən Şəxsən Özü çıxartdı ki, 38 sizdən böyük və qüvvətli millətləri qarşınızdan qovsun və bugünkü kimi onların torpağını irs olaraq vermək üçün sizi oraya gətirsin. 39 Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. 40 Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».
Üç sığınacaq şəhər
41  * Yeşua 20:8-9 O zaman Musa İordan çayının şərq tərəfində üç şəhər seçdi. 42 Bu şəhərləri qonşusu ilə əvvəlcədən ədavəti olmayan və bilmədən onu öldürən adamın oraya qaçması üçün ayırdı. Belə adam bu şəhərlərdən birinə qaçıb sağ qala bilər. 43 Bunlar Ruven qəbiləsi üçün yaylada yerləşən səhradakı Beser, Qadlılar üçün Gileaddakı Ramot, Menaşşe qəbiləsi üçün isə Başandakı Qolan şəhərləri idi.
Qanuna giriş
44 Musa Qanunu İsrail övladlarının qarşısına qoydu. 45 Bu, Misirdən çıxan zaman Musanın İsrail övladlarına verdiyi göstərişlər, qayda və hökmlərdir. 46 Bunları Musa İordan çayının şərqində Misirdən çıxan zaman Musa ilə İsrail övladlarının həlak etdikləri Xeşbonda yaşayan Emorluların padşahı Sixonun ölkəsində olan Bet-Peor qarşısındakı dərədə söylədi. 47 İrs olaraq onun ölkəsini və Başan padşahı Oqun ölkəsini – İordan çayının şərq tərəfindən əldə edilən Emorluların iki padşahının ölkəsini, 48 Arnon vadisi kənarında olan Aroerdən Siyon dağına qədər, yəni Xermona qədər, 49 İordan çayının şərqində Arava dənizinə qədər olan Pisqa yamaclarının altındakı bütün Aravanı aldılar.

*4:2 Vəhy 22:18-19

*4:3 Say. 25:1-9

*4:11 Çıx. 19:16-18; İbr. 12:18-19

*4:13 Çıx. 31:18

*4:14 Çıx. 21:1

*4:16 Çıx. 20:4; Lev. 26:1; Qanun. 5:8; 27:15

*4:16 Rom. 1:23

*4:20 Çıx. 19:5; Qanun. 7:6; 14:2; 26:18; Titə 2:14; 1Pet. 2:9

*4:21 Say. 20:12

*4:24 Qanun. 9:3; İbr. 12:29

*4:27 Lev. 26:33; Qanun. 28:64

*4:29 Yer. 29:13

*4:35 Mark 12:32

*4:41 Yeşua 20:8-9