7
Stefanın nitqi
Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» * Yar. 12:1Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü. Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”. * Yar. 11:31; 12:4Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi. * Yar. 12:7; 13:15; 15:18-21; 17:8Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi. * Yar. 15:13-14; Çıx. 3:12Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. * Yar. 17:10-14; 21:2-4; 25:26; 29:31–35:18Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.
* Yar. 37:11,28; 39:2,21; 41:39-41Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi. 10 Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi. 11  * Yar. 42:1-2Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi. 12 Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi. 13  * Yar. 45:1-3; 47:2-10Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu. 14  * Yar. 45:9-11,17-18; 46:27Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı. 15  * Yar. 46:1-7; 49:33Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü. 16  * Yar. 23:3-16; 33:19; 50:7-13; Yeşua 24:32Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu.
17  * Çıx. 1:7-8Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı. 18 Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 19  * Çıx. 1:10-11,22Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar. 20  * Çıx. 2:2-10Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi. 21 Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü. 22 Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu.
23  * Çıx. 2:11-15Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı. 24 Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı. 25 O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər. 26 Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?” 27 Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? 28 Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?” 29  * Çıx. 18:2-4Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.
30  * Çıx. 3:1-10Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü. 31 Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi: 32 “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. 33 Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. 34 Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
35 Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. 36  * Çıx. 7:3; 14:21; Say. 14:33O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi. 37  * Qanun. 18:15,18İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək”* Yetirəcək – bəzi əlyazmalarda yetirəcək. Ona qulaq asın. deyən bu Musadır. 38  * Çıx. 19:1–20:17; Qanun. 5:1-33Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. 39 Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar. 40  * Çıx. 32:1-6Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” 41 O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. 42  * Amos 5:25-27Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb:
“Ey İsrail nəsli,
Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
43 Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını,
Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz.
Elə buna görə də sizi
Babilin o tayına sürgünə aparacağam”.
44  * Çıx. 25:9,40; İbr. 8:5Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. 45  * Yeşua 3:14-17; 18:1Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı. 46  * 2Şam. 7:1-16; 1Saln. 17:1-14Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli Yaqubun nəsli – bəzi əlyazmalarda Yaqubun Allahı. üçün bir məskən qura bilsin. 47  * 1Pad. 6:1-38; 2Saln. 3:1-17Lakin Allaha ev tikən Süleyman oldu. 48  * Yeş. 66:1-2Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi
49 Rəbb belə deyir:
“Göylər Mənim taxtımdır,
Yer ayaqlarımın altındakı kətildir.
Mənim üçün nə cür ev tikəcəksiniz,
Dincələcəyim yer harada olacaq?
50 Bütün bunları Mənim əlim yaratmadımı?”
51  * Yeş. 63:10 Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. 52 Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. 53 Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz».
Stefanın öldürülməsi
54 Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. 55 Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. 56 O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». 57 Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. 58 Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. 59 Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». 60 Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.

*7:2 Yar. 12:1

*7:4 Yar. 11:31; 12:4

*7:5 Yar. 12:7; 13:15; 15:18-21; 17:8

*7:6 Yar. 15:13-14; Çıx. 3:12

*7:8 Yar. 17:10-14; 21:2-4; 25:26; 29:3135:18

*7:9 Yar. 37:11,28; 39:2,21; 41:39-41

*7:11 Yar. 42:1-2

*7:13 Yar. 45:1-3; 47:2-10

*7:14 Yar. 45:9-11,17-18; 46:27

*7:15 Yar. 46:1-7; 49:33

*7:16 Yar. 23:3-16; 33:19; 50:7-13; Yeşua 24:32

*7:17 Çıx. 1:7-8

*7:19 Çıx. 1:10-11,22

*7:20 Çıx. 2:2-10

*7:23 Çıx. 2:11-15

*7:29 Çıx. 18:2-4

*7:30 Çıx. 3:1-10

*7:36 Çıx. 7:3; 14:21; Say. 14:33

*7:37 Qanun. 18:15,18

*7:37 Yetirəcək – bəzi əlyazmalarda yetirəcək. Ona qulaq asın.

*7:38 Çıx. 19:120:17; Qanun. 5:1-33

*7:40 Çıx. 32:1-6

*7:42 Amos 5:25-27

*7:44 Çıx. 25:9,40; İbr. 8:5

*7:45 Yeşua 3:14-17; 18:1

*7:46 2Şam. 7:1-16; 1Saln. 17:1-14

7:46 Yaqubun nəsli – bəzi əlyazmalarda Yaqubun Allahı.

*7:47 1Pad. 6:1-38; 2Saln. 3:1-17

*7:48 Yeş. 66:1-2

*7:51 Yeş. 63:10