3
Şikəst dilənçinin şəfası
1 Bir gün Peterlə Yəhya doqquzuncu saatda,* Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç. dua vaxtı məbədə gedirdilər. 2 Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. 3 O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. 4 Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». 5 Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. 6 Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». 7 Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. 8 Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 9 Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. 10 Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
Peterin məbəddəki vəzi
11 Bu kişi† Bu kişi – bəzi əlyazmalarda Şikəstlikdən sağalan bu kişi. Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. 12 Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüdrətimizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. 13 * Çıx. 3:15İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, 14 * Mat. 27:15-23; Mark 15:6-14; Luka 23:13-24; Yəh. 19:12-15amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. 15 Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. 16 Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı.
17 İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. 18 Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. 19 Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, 20 Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. 21 Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. 22 * Qanun. 18:15,18,19; Lev. 23:29Musa‡ Musa – bəzi əlyazmalarda Musa ata-babalarımıza. belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. 23 “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. 24 Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. 25 * Yar. 12:3; 22:18; 26:4; 28:14Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. 26 Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu§ Qulunu – bəzi əlyazmalarda Qulu İsanı. dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
*3:1 Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
†3:11 Bu kişi – bəzi əlyazmalarda Şikəstlikdən sağalan bu kişi.
*3:14 Mat. 27:15-23; Mark 15:6-14; Luka 23:13-24; Yəh. 19:12-15
*3:22 Qanun. 18:15,18,19; Lev. 23:29
‡3:22 Musa – bəzi əlyazmalarda Musa ata-babalarımıza.
*3:25 Yar. 12:3; 22:18; 26:4; 28:14
§3:26 Qulunu – bəzi əlyazmalarda Qulu İsanı.