16
İanələr haqqında
* Rom. 15:25-26İndi isə müqəddəslər* Müqəddəslər – yəni Yerusəlimdə yaşayan, İsaya inanan yoxsul Yəhudilər. üçün ianələr yığmağa gəlincə, Qalatiya cəmiyyətlərinə necə buyurmuşamsa, siz də elə edin. Hər həftənin birinci günü Həftənin birinci günü – yəni bazar günü. hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın. Oraya çatanda ianələrinizi Yerusəlimə çatdırmaq üçün seçdiyiniz adamları məktublarla göndərəcəyəm. Əgər mənə də getmək məsləhət olsa, onlar mənimlə gedər.
Paulun səyahət niyyətləri
* Həv. 19:21Mən Makedoniyadan keçəndən sonra yanınıza gələcəyəm, çünki Makedoniyadan keçmək niyyətindəyəm. Bəlkə də yanınızda bir az qalacağam, hətta qışı da keçirəcəyəm ki, siz məni gedəcəyim yerlərə yola salasınız. Çünki mən sizinlə ötəri görüşmək istəmirəm. Rəbbin izni ilə yanınızda bir müddət qalmağa ümid edirəm. * Lev. 23:15-21; Qanun. 16:9-11 * Həv. 19:8-10Efesdə isə Əllinci Gün bayramınadək Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir. Bax Həv. 2:1. qalacağam. Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur.
10  * 1Kor. 4:17Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür. 11 Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm.
12 Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək.
Son xahişlər
13 Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. 14 Qoy etdiyiniz hər bir əməl məhəbbətlə olsun.
15  * 1Kor. 1:16Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər. 16 Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun. 17 Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum. 18 Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin.
Salam göndərmə
19  * Həv. 18:2-3Sizi Asiya vilayətinin cəmiyyətləri salamlayır.
Akila və Priskila öz evlərində toplaşan cəmiyyətlə birlikdə Rəbbin ismi ilə sizə çoxlu salam göndərirlər.
20 Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın.
21 Mən Paul bu salamı öz əlimlə yazıram. 22 Rəbbi sevməyənə lənət olsun. Marana ta!§ Marana ta – arami dilində Rəbbimiz, gəl! 23 Rəbbimiz İsanın lütfü sizə yar olsun! 24 Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun!

*16:1 Rom. 15:25-26

*16:1 Müqəddəslər – yəni Yerusəlimdə yaşayan, İsaya inanan yoxsul Yəhudilər.

16:2 Həftənin birinci günü – yəni bazar günü.

*16:5 Həv. 19:21

*16:8 Lev. 23:15-21; Qanun. 16:9-11

*16:8 Həv. 19:8-10

16:8 Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir. Bax Həv. 2:1.

*16:10 1Kor. 4:17

*16:15 1Kor. 1:16

*16:19 Həv. 18:2-3

§16:22 Marana ta – arami dilində Rəbbimiz, gəl!