4
Son öyüdlər
Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!
Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər.
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq.
Paulun təşəkkürü
10 Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. 11 Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. 12 Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. 13 Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. 14 Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz.
15  * 2Kor. 11:9Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. 16  * Həv. 17:1Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. 17 Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. 18  * Çıx. 29:18Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. 19 Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək. 20 Qoy Atamız Allaha əbədi izzət olsun! Amin.
Salam göndərmə
21 Məsih İsada müqəddəs olan hər kəsi salamlayın.
Mənimlə olan qardaşlar sizə salam göndərir. 22 Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır.
23 Rəbb İsa Məsihin lütfü ruhunuza* Ruhunuza – bəzi əlyazmalarda hər birinizə. yar olsun!

*4:15 2Kor. 11:9

*4:16 Həv. 17:1

*4:18 Çıx. 29:18

*4:23 Ruhunuza – bəzi əlyazmalarda hər birinizə.