17
İsanın görünüşü dəyişir
(Mark 9:2-13; Luka 9:28-36)
* 2Pet. 1:17-18Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». * Qanun. 18:15; Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11; Luka 3:21-22Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.
Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 10  * Mal. 4:5Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 11 İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. 12  * Mat. 11:14Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». 13 Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.
Oğlandan cin çıxarılır
(Mark 9:14-29; Luka 9:37-43)
14 Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: 15 «Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. 16 Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». 17 İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 18 İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.
19 O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» 20  * Mat. 21:21; Mark 11:23; Luka 17:5-6; 1Kor. 13:2İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». 21  * Olmaz – bəzi əlyazmalarda olmaz. 21 Bu cür ruhlar yalnız dua və orucla çıxar (Mark 9:29).
İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
(Mark 9:30-32; Luka 9:43-45)
22 Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək 23 və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.
Məbəd vergisi
24  * Çıx. 30:13; 38:26Kefernahuma gəldikləri zaman məbəd vergisini Məbəd vergisi – yunan mətnində didraxmon, yəni iki dirhəm. yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 25 Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» 26 Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 27 Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul Bir gümüş pul – yunan mətnində statir, yəni dörd dirhəm. tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».

*17:1 2Pet. 1:17-18

*17:5 Qanun. 18:15; Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11; Luka 3:21-22

*17:10 Mal. 4:5

*17:12 Mat. 11:14

*17:20 Mat. 21:21; Mark 11:23; Luka 17:5-6; 1Kor. 13:2

*17:21 Olmaz – bəzi əlyazmalarda olmaz. 21 Bu cür ruhlar yalnız dua və orucla çıxar (Mark 9:29).

*17:24 Çıx. 30:13; 38:26

17:24 Məbəd vergisi – yunan mətnində didraxmon, yəni iki dirhəm.

17:27 Bir gümüş pul – yunan mətnində statir, yəni dörd dirhəm.